Home » Hüseyn Cavid Əsərləri - V cild by Hüseyn Cavid
Hüseyn Cavid Əsərləri - V cild Hüseyn Cavid

Hüseyn Cavid Əsərləri - V cild

Hüseyn Cavid

Published 2005
ISBN :
Paperback
288 pages
Enter the sum

 About the Book 

Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə- d. 24 oktyabr 1882, Naxçıvan – ö. 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq.Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin Məktəbi-tərbiyə adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. Keçmiş günlər adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, Cavid teatrı kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan Şeyx Sənan (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə haq verilmir, alınır ideyasına gəlib çıxmışdır.Yaradıcılığında mühüm yer tutan İblis (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - insan insana qurddur fəlsəfəsinin tərəfdarları, iyirminci əsrin mədəni vəhşiləri olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.Hüseyn Cavid ailəsi ilə birlikdə (1936)20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. Peyğəmbər (1922) və Topal Teymur (1925) əsərlərindən sonra yazdığı Səyavuş (1933), Xəyyam (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.Cənubi Azərbaycandakı azərbaycanlıların şahənşahlıq üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (Telli saz dramı, 1930- Kor Neyzən poeması, 1930).Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin nailiyyətlərindən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh.Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005, 288 səh.Hüseyn Cavid. Ana. (dram)Hüseyn Cavid. Maral (faciə)Hüseyn Cavid. Səyavuş (faciə)Hüseyn Cavid. Şeyx Sənan (faciə)Hüseyn Cavid. İblis (faciə)Hüseyn Cavid. Azər (poema)Hüseyn Cavid. Qız məktəbində (şeir)Hüseyn Cavid. Çoban türküsü (şeir)